NƏ ÜÇÜN NEMTSOVUN QƏTLİ PUTİNƏ SƏRF EDİR? – “Onun ölümü Kremli bu problemdən qurtardı”

“Nemtsovun qatilləri polisin onları izləməyəcəyinə əmin olublar, əks halda tamamilə başqa bir yer seçərdilər”

“Boris Nemtsovun öldürülməsi barəsində analitik ruhda yazmaq çox çətindir. Fizika–riyaziyyat elmləri namizədi olan Nemtsov, hər şeyin çox sadə olmasına çağırışlar edirdi. O, hər zaman azadlığı diktaturadan, sülhü-müharibədən, həqiqəti yalandan üstün tuturdu. Digər tərəfdən isə o, bu sadə idealların nə zamansa Rusiyada bərqərar olacağına əmindı. Lakin Nemtsov belə şeylərin birdən-birə baş verməyəcəyini və bunların həyata keçməsi üçün onun özü kimi cəsarət və səy göstərən insanlara ehtiyac duyulduğunu da yaxşı anlayırdı. Məhz buna görə də, o, öz səlib yürüşünü davam etdirirdi və elə bu səbəbdən də onun Vasili Blajenni kilsəsi və Qızıl Meydana yaxın olan körpünün üstündəki ölümü müasir Rusiya barəsində çox şeydən xəbər verir.”

“The Finacial Times” qəzetində dərc olunan “Nə üçün Boris Nemtsovun ölümü Kremlə sərf edir” sərlövhəli yazının girişində belə deyilir. Müəllif daha sonra qeyd edir ki, kimsə bu vəhşi cinayətin Kremldən kənar və müstəqil şəkildə həyata keçirilməsini düşünürsə, deməli, bu hadisənin baş verdiyi şəraitə tam mənası ilə göz yumur.

“Moskvanın mərkəzi olan Qızıl Meydan onlarla polis tərfindən ciddi şəkildə qorunur. Qətl törədildiyi həmin körpünün küçəyə çıxan hər iki tərəfində daimi olaraq yol polisləri dayanır və onun ətrafı da daimi müşahidə altındadır. Əlavə olaraq onu da qeyd etmək gərəkdir ki, iki gündən sonra Moskvada təşkilatçılığına Nemtsovun rəhbərlik etdiyi böyük nümayiş keçirilməsi nəzərdə tutulurdu və bu isə həmin ərəfədə şübhəsiz ki, onun xüsusi xidmət orqanları tərəfindən izlənməsi mənasına gəlir. Nemtsovun qatilləri polisin onları izləməyəcəyinə əmin olublar, əks halda tamamilə başqa bir yer seçərdilər. Məsələn, Nemtsovu onun öz evinin qarşısında öldürə də bilərdilər. Qətlin həyata keçirilməsi şəraiti, bu işdə rejimin yüksək rütbəlilərinin əlinin olduğunu göstərir.”

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, hakimiyyət Nemtsovun ölümündə maraqlı olmayıb, çünki onun populyarlığı prezidentin populyarlığı ilə müqayisə ediləcək səviyyədə deyildi. Lakin məqalə müəllifinin fikrincə, bu arqumentlər bizi məntiqi yoldan saptırmamalıdır. “Birincisi - Putinin populyarlığını senzura, təbliğat və seçki fırıldaqları təmin edir və qətiyyən şübhə yoxdur ki, əgər birbaşa debatlar keçirilsəydi, Nemtsov Putinə qalib gələrdi. Belə debatlar heç vaxt keçirilməyib və təəccüblü deyil ki, cənab Putin prinsip etibarı ilə müxalifət ilə debatlarda iştirak etmir. Bundan başqa hazırda Rusiya iqtisadiyyatında tənəzzül başlayıb və buna görə də hakimiyyət KİV-lər və müxalifət üzərindəki bütün boltları daha sıx bərkidir. Bu tam gözləniləndirir - iqtisadi gerilik təbliğatın yüksəldilməsini artırır və siyasi represiyaları da dərinləşdirir. Diktatorlara çox yaxşı məlumdur ki, xalqın böyük əksəriyyəti fəaliyyətdə olan mövcud lideri digər alternativ variantlardan üstün tutanadək onların rejimləri ayaq üstə möhkəm dayana biləcək. Elə məhz buna görə də rejimlərin səhvlərlərini ortaya çıxaran iqtisadi böhranların başladığı dövrlərdə müxalifətin hər hansı üsullarla susmağa məcbur edilməsi hakimiyyət üçün çox vacibdir. Bu isə bizi Kreml arqumetlərinin ikinci zəif nöqtəsinə tərəf gətirir. Nemtsov rejimin nəinki hədsiz açıq və dəqiq tənqidçisi idi, o, həmçinin eyni zamnda da köhnə və yeni dalğa Rusiya siyasətçiləri arasında unikal vasitəçilik funksiyasını da həyata keçirirdi. Məhz Nemtsov gənc siyasətçilərin iştirakı ilə koalisyon hərakat yaratmaqla yanaşı, yeni müxalifət liderlərinin yetişməsinə də yardım göstərmişdi. Keçmişdə keçirilən seçkilərdəki uğurlarına görə onun partiyası yeganə əsl müxalif siyasi təşkilat idi və 2016-cı ildəki parlament seçkilərində iştirak etmək hüququna da malikdi. Nemtsovun bu seçkilərdə iştirakı, səpələnmiş anti-Putin və Qərb yönümlü müxalifət strukturlarının təbii yolla birləşdirilməsi platformasına çevriləcəkdi. Onun ölümü Kremli bu potensial problemdən qurtardı.”

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar