Menu

Türkiyənin hərbi yardım təyyarələri İraqa endi

03.03.2015, 16:54
Türkiyənin hərbi yardım təyyarələri İraqa endi

Türkiyə İŞİD-ə qarşı əməliyyata hazırlanan İraqa iki təyyarə dolusu hərbi yardım göndərib.

Müsavat.com-un məlumatına görə, Türkiyədən havaya qalxan yardım təyyarələri paytaxt Bağdadda yerləşən “əl-Müsənna” hərbi hava limanına enib.

Türkiyənin Bağdaddakı səfiri Fərrux Qaymaqçı hərbi yardımları İraq müdafiə nazirliyinin işçilərinə təqdim edib. Hərbi yardım Türkiyə müdafiə naziri İsmət Yılmazın Bağdad səfərindən bir gün əvvəl göndərilib.

Qeyd edək ki, İraq ordusu İŞİD-ə qarşı Mosul əməliyyatına hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol