Menu

Zakir Həsənov Səfər Əbiyevin adamını həbs etdirib?

11.12.2013, 19:23
Zakir Həsənov Səfər Əbiyevin adamını həbs etdirib?

Cəsur Sümərinli : “Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır”

Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin edilmiş general-polkovnik Zakir Həsənovun işdən çıxardığı yüksək rütbəli zabitlərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib. Musavat.com-un məlumatına görə, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli öz facebook profilində yazıb: “Qeyri-rəsmi məlumatlara görə, Zakir Həsənovun vəzifədən çıxartdığı yüksək rütbəli şəxslərdən biri haqqında həbs qəti imkan tədbiri seçilib... Onun Səfər Əbiyevlə əlaqələri araşdırılır... Məlumatı dəqiqləşdirə bilsəm paylaşacağam....”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol