Pekin cari ilə nəzərdə tutulan hərbi xərclərini 10 faiz artırmaq niyyətində olduğunu bəyan edib.
Çin ABŞ-dan sonra hərbi sahəyə ən çox vəsait ayıran ölkədir.
Yeni artımın nəzərə alınması ilə Çinin hərbi büdcəsi 145 milyard dollara çatacaq, BBC müxbiri bildirir.
2016-cı ildə ABŞ prezidenti müdafiə büdcəsinə 585 milyard dolların ayrılmasını istəyib.
Ötən il Pekin hərbi büdcəsinin 12 faiz artdığını bildirib.
Çin hərbi qüdrətinin artması bölgə ölkələri tərəfindən diqqətlə izlənilir.
Son illər ərzində Pekin mübahisəli sərhədlərlə bağlı Cənub-Şərqi Asiya ölkələri və Yaponiya ünvanına sərt bəyanatlar verib.
Buna cavab olaraq Yaponiya və Hindistan hərbi xərclərin artırılacağını bildiriblər.
Çin ordusunun rəsmi nümayəndəsi əlavə vəsaitlərin silahlı qüvvələrin müasirləşməsinə yönələcəyini bildirib.
Pekin bir müddətdir ki, sualtı qayıqlar və gözə görünməyən hərbi təyyarələr kimi yüksək texnoloji sahələri maliyyələşdirir.
Təhlilçilərə əsasən Çinin həqiqi hərbi büdcəsinin həcmi rəsmi göstərilən rəqəmlərdən xeyli artıqdır.


Şərhlər