Menu

Mərkəzi Bank manatın devalvasiyasının müqəssirini TAPDI

04.03.2015, 19:22
Mərkəzi Bank manatın devalvasiyasının müqəssirini TAPDI

Manatın devalvasiyasında kommersiya bankları günahkardır. Mərkəzi Bank belə bir nəticəyə gəlib və iddia edir ki, banklar iki dəfə (ötən ilin noyabrı və bu ilin yanvarında) hesabları kütləvi şəkildə manatdan əsasən dollara konvertasiya ediblər.

Statistikaya əsasən, bu dövrdə xarici valyuta ilə əmanətlərdə gəlirlilik dərəcəsi manat əmanətlərindən 0,6% artıq olub. Noyabrda fərq +0,57%, yanvarda +0,64% təşkil edib. Guya bu, əmanətçilərin aktivliyinə səbəb olub.

Turan ekspertlərinin fikrincə, AMB cəmiyyətdə çaşqınlıq yaradır. Manatdan dollara və qismən avroya keçid neftin qiymətinin düşməsi və ölkədə beynəlxalq ixtisaslaşmış strukturlara bağlı birja valyuta bazarının olmaması üzündən baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol