Menu

"Nida"çı gənclərin məhkəməsi təxirə salındı - fotolar

12.12.2013, 11:28
"Nida"çı gənclərin məhkəməsi təxirə salındı - fotolar

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlanıb. Ancaq qısa müddətdən sonra dekabrın 18-i saat 10.30-a qədər təxirə salınıb.

Qeyd edək ki, məhkəmə iclasının bu mərhələsində müttəhimlərin üzləşmə-ifadəsi oxunur.

Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəmədə iştirak etmək üçün Müsavat Partiyasının başqanı İsa Qəmbər, eləcə də partiyanın digər rəhbər şəxsləri - Arif Hacılı və Arzu Səmədbəyli də məhkəmə binasına gəliblər.

Xatırladaq ki, hazırda NİDA VH-nin 7 üzvü həbsdədir.

Gənclərə 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

NİDA-çılardan əlavə “Azad” Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə də cinayət məcəlləsinin 220.1-ci maddəsi ilə təqsirləndirilir.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol