Menu

Rusiyanın Ermənistandakı hərbi bazası irimiqyaslı təlimlərə cəlb olunub

05.03.2015, 12:59
Rusiyanın Ermənistandakı hərbi bazası irimiqyaslı təlimlərə cəlb olunub

Rusiya Ermənistan da daxil olmaqla, bir neçə yerdə irimiqyaslı hərbi təlimlər keçirir. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairənin yaydığı məlumatda deyilir.

Təlimlərdə Rusiya Hərbi-Hava Qüvvələrinin hərbi hissələri və birləşmələri iştirak edir. Təlimlər Cənub, Şimali Qafqaz və Krım federal dairələrdə yerləşən 12 hərbi poliqonda, o cümələdən Rusiyanın Ermənistan, Cənubi Osetiya və Abxaziyada yerləşən hərbi bazalarda keçirilir.

Təlimlərə 2 min hərbçi və 500-dək hərbi texnika cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol