Almaniyanın Bild qəzetində dərc edilən məqalədə UDAR Partiyasının ( Islahatlar Uğrunda Ukrayna Demokratik Alyansı) lideri Ukrayna prezidenti Viktor Yanukoviçi “Putinin marionetkası” adlandırıb və bildirib ki, yaxın vaxtlarda milyonlarla ukraynalı küçələrə çıxacaq.
Ukraynadakı nümayişlər 9 il öncə baş vermiş “narıncı inqilab” zamanı olduğundan daha miqyaslı ola bilər. Ukraynanın müxalifət liderlərindən biri Vitali Kliçko buna əmin olduğunu bildirib. “Yaxın günlərdə hər zaman olduğundan daha çox – milyonlarla adamın küçələrə çıxacağı gözlənilir”, - UDAR Partiyasının lideri dekabrın 12-də Almaniyanın Bild qəzetyində dərc olunan məqaləsində yazıb.
Eyni zamanda Kliçko Ukraynanın dövlət başçısı Viktor Yanukoviçi kəskin tənqid edərək onu Rusiya prezidenti Vladimir Putinin marionetkası adlandırıb. “Yanukoviç qorxaqcasına Rusiyanın arxasından yapışmaqda davam edir. Görünür, Moskva seçkiqabağı mübarizədə ona dəstək vəd edir”, - tanınmış boksçu hesab edir.
“Bizi Avropaya yaxınlaşdıracaq sazişin imzalanması üçün hökumətin Aİ-dən 20 milyard avro tələb etməsi də yayındırıcı manevrdir”, - məqalədə deyilir. Ukraynalı siyasətçinin fikrincə, Yanukoviç Ukrayna üçün avrointeqrasiyaya yol açmaq istəmir və açmağı da bacarmaz.


Şərhlər