Menu

Türk ordusu Suriyanı vurdu

07.03.2015, 09:12
Türk ordusu Suriyanı vurdu

Türkiyə Baş Qərargahı hücumla bağlı açıqlama yaydı

Türkiyə Ordusunun tankları Suriya torpaqlarını atəşə tutub. Anspress-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Bildirilir ki, Suriyanın Cerablus bölgəsində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Qaziantep Quru Qüvvələri 1-ci Hudut Komandanlığının nəzarəti altında olan ərazinin yaxınlığıa raket mərmisi düşüb.

Türkiyə Silahlı Qüvvələri dərhal hərkətə keçiblər. Sərhədə yerləşdirilmiş tanklarla mərminin atıldığı ərazi atəşə tutulub.

Türkiyə ərazisinə mərmi düşərkən heç kim xəsarət almayıb, ölən olmayıb.

Qeyd edək ki, Suriya ərazisində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Türkiyə ərazisinə tez-tez top mərmiləri düşür. Türkiyə Ordusu isə bunun qarşılığını misli ilə verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol