Ötən ilin ortalarında ABŞ-da qəbul edilmiş qanuna görə, ölkə vətəndaşlarına təzə süd və ya həyətyanı sahələrdə yetişdirdikləri meyvə-tərəvəzi satmaq qəti qadağan olunub.
ABŞ Senatında indi "S510" saylı "Qida məhsullarının təhlükəsizliyinin təminatı haqqında" qanun layihəsi müzakirə olunur. Bu sənəd "ev şəraitində hazırlanmış qidanın satışı, alışı, paylaşması və istifadəsini" qadağan edir. Təbii ki, bütün bunların "vətəndaşların sağlamlığının qorunması üçün edildiyi" vurğulanır və deyilir ki, "vətəndaşların fərdi qaydada yetişdirdikləri meyvə-tərəvəz, hazırladıqları qidalar əksər hallarda sanitar normalara uyğun olmadığından istehlakçıların sağlamlığı üçün təhlükə mənbəyidir".

Dünyada ən böyük toxum istehsalçısı olan "Monsanto" yeni maliyyə hesabatını açıqlayıb. Toxum və kimyəvi gübrələrin, habelə biotexnoloji bitkilərin satışlarının artması nəticəsində bu transmilli şirkətin hər səhminin dəyəri 1,74 dollara çatıb.
Ötən ilin son rübündə satışların ümumi həcmi 4,22 milyard dollar təşkil edib.
"Monsanto"nun satışlarının istisnasız olaraq hamısını genetik modifikasiyaya uğradılmış orqanizmlər (GMO) təşkil edir. GMO tipli toxumlar təbii yolla çoxalmır. Yəni bu toxumu bir dəfə alan fermer və ya alıcı onları "artıra" bilmədiyindən yenidən satıcı şirkətə üz tutmalıdır.

Həmin korporasiyalar arasında lider "Monsanto"dur.
1901-ci ildə ABŞ-da farmasevt Con Frensis Kuyninin yaratdığı bu şirkət fəaliyyətinin ilk illərində saxarin istehsal edirdi.
Küyni şirkətinə arvadının qızlıq soyadı olan "Monsanto" adını vermişdi.
"Roundup" herbisidi, qlifosatlar, "Roundup Ready" adlı PR soyası, "Bollgard" pambığı, RR pambığı, RR qarğıdalsı, "YieldGard Rootworm" qarğıdalısı, "Vistive" soyası, "Roundup Ready Flex" pambığı və "SmartStax" qarğıdalısı kimi bitki növlərinin satışları "Monsanto"ya milyardlarla dollar qazandırıdı.

ABŞ-da "Monsanto" GMO-lu qarğıdalı bazarının 80, transgen soya bazarının isə 93 faizinə nəzarət edir. Korporasiya adi meyvə-tərəvəz bitkiləri seqmentində də aqressiv siyasət yürüdür. Birləşmiş Ştatlarda belə bitkilərin toxumlarının bazarının 40 faizinə nəzarət edən "Monsanto" qlobal miqyasda bazarın 20 faizini ələ keçirib.
Şirkətin gəlirlərini maksimum dərəcədə artırmaq, lobbiçilik vasitəsilə siyasətçiləri ələ alması və "DuPont", "Syngenta" kimi korporasiyalarla işbirliyinə başlaması nəticəsində ABŞ-ın toxum bazarında qiymətlər sürətlə artır. Belə ki, ABŞ-ın Ərzaq Təhlükəsizliyi Mərkəzinin (Center for Food Safety) yaydığı hesabatda bildirilir ki, son illərdə ölkədə 1 akr soya paxlasının əkin xərcləri 325 faiz bahalaşıb. Pambıq əkini 516 faiz bahalaşıb, qarğıdalı yetişdirməklə bağlı xərclər 516 faiz artıb.
Birləşmiş Ştatların ərazisində transgen bitkilərin əkin sahələrinin artması ilə müşayiət olunan "transgen intibah" zamanında onların yetişdirilmə xərcləri də durmadan artır.

"Monsanto" fermerlərə ondan aldığı toxumlardan yetişən bitkiləri təkrar əkməyə və becərməyə imkan verməməklə onları öz məhsullarını satın almağa vadar edir.
Dünyanın ən məşhur qida ekspertlərindən biri Tom Uotkins deyir: "Əfsuslar olsun ki, "Monsanto"nun aqressiv, hətta həyasız siyasəti nəticəsində şirkət GMO toxumlarını kütləvi şəkildə satır. Üstəlik, bu toxumlardan yalnız bir dəfə istifadə etmək mümkündür. "Monsanto"nun toxumlarından imtina edən fermer, sadəcə, acından ölməyə, müflisləşməyə məhkumdur. "Monsanto" bizə deyir: "Yeyin və düşünməyin!"" (Milli.az).


Şərhlər