Menu

Əli Kərimli xalqı mitinqə çağırdı

12.12.2013, 21:02
Əli Kərimli xalqı mitinqə çağırdı

“Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək”

AXCP sədri Əli Kərimli Facebook səhifəsindən xalqı Milli Şuranın 15 dekabr mitinqinə çağırıb. Çağırışda deyilir:

"Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı. Artıq mitinq təyin olunub və razılaşdırılıb. Milli Şuranın qiymət artımına etiraz mitinqi 15 dekabrda saat 16:00-da İnşaatçılar metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda başlayacaq. Əsassız qiymət artımına etiraz etmək nəinki haqqımız, hətta vəzifəmizdir. Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək. Söz millətindir!".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol