Menu

“İŞİD”in mövqelərinə 14 hava zərbəsi endirilib

09.03.2015, 21:18

[caption id="attachment_60282" align="alignleft" width="300"]Kobanidə İŞİD-ə qarşı hava zərbələri, 7 oktyabr 2014 Kobanidə İŞİD-ə qarşı hava zərbələri, 7 oktyabr 2014[/caption]

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İraq və Suriyada “İŞİD” terror qruplaşmasının mövqelərinə 14 hava zərbəsi endirib.

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 5, İraqda isə 9 hava zərbəsi endirib. Əməliyyat nəticəsində terrorçulara məxsus bina və nəqliyyat vasitələri məhv edilib.

Bu arada Türkiyənin qonşuluğunda İraqda isə kürd silahlıları Kərkük əyalətində böyük hücum əməliyyatı həyata keçirib. Ötən gün başlayan geniş miqyaslı əməliyyat zamanı kürd peşmərgələri İŞİD-in nəzarətində olan Kərkük əyalətində Kərkük şəhərindən cənubda 20 kilometrə qədər ərazidə irəliləyib. Kürdlərə məxsus “Rudav” xəbər agentliyinin məlumatına görə, səhər saat 6-da başlayan əməliyyat zamanı kürd qüvvələri İsmayıl Ava kəndini ələ keçirib. Bundan başqa koalisiya qüvvələrinin aviasiyası kürdlərə havadan dəstək verir və İsmayıl Ava, Qubeybə, Telverid, Molla Abdullah və Məryəm Beq bölgələri koalisiya qüvvələri tərəfindən atəşə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol