Menu

Venesuela ABŞ-dakı səfirini geri çağırdı

10.03.2015, 08:45
Venesuela ABŞ-dakı səfirini geri çağırdı

Vaşinqtonun Venesuelanın 7 hökumət üzvünə qarşı sanksiyalar tətbiq etməsindən sonra rəsmi Karakas ABŞ-dakı səfirini geri çağırmaq barədə qərar qəbul edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın xarici işlər naziri özünün “Twitter”-dəki səhifəsində yazıb.

“Biz Maksimilian Arvelası təcili olaraq məsləhətləşmələr üçün geri çağırırıq”, XİN başçısı qeyd edib.

Bundan əvvəl Venesuela ABŞ-ın qərarına cavab verəcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol