Menu

“Mart ayından neft yenidən ucuzlaşacaq” - Goldman Sachs

10.03.2015, 10:50
“Mart ayından neft yenidən ucuzlaşacaq” - Goldman Sachs

Goldman: Neftdə 40 dollar görülə bilər

ABŞ-ın Goldman Sachs bankı neftin qiyməti ilə bağlı yeni proqnoz verib.

Bankın analitiklərindən Damien Courvalin, aşağı neft hasilatına səbəb olan şərtlər aradan qalxdıqdan sonra, istehsalın yenə artacağı və qiymətlərin hazırkı səviyyələrdən aşağı düşəcəyi proqnozunu açıqlayıb.

Courvalin, ucuzlaşmanın Mart ayında başlayacağına işarə edib.

Analitik, “Rusiya, Braziliya, Səudiyyə Ərəbistanı və ABŞ-da istehsal mərhələli şəkildə artmağa davam edir. Liviya, İraq, İran kimi ölkələrdə gərginlik və hava şəraiti də normallaşdıqdan sonra, istehsal buralarda da əvvəlki həcminə çatacaq” - deyə bildirib

Courvalin, Goldman olaraq qarşıdakı iki rübdə neftin barrelinin qiymətinin 40 dollara geriləyəcəyini təxmin etdiklərini söyləyib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol