Menu

Şimalı Koreyada dövlət başçısının əmisi edam edilib

13.12.2013, 10:18
Şimalı Koreyada dövlət başçısının əmisi edam edilib

Koreya Xalq Demokratik Respublikasının Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi edam edilib.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. O dekabrın 9-da istefaya göndərilib. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.

Dövlət başçısının əmisinin edam edilməsi barədə məlumatı Şimalı Koreyanın rəsmi mərkəzi teleqraf agentliyi yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol