Menu

8 Mart gecəsi 3 sərxoş qadın sürücü tutulub

10.03.2015, 12:17
8 Mart gecəsi 3 sərxoş qadın sürücü tutulub

8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda Dövlət Yol Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 3 qadın sürücü sərxoş vəziyyətdə saxlanılıb.

Həmin qadınlar Bakı şəhər DYPİ-nin 11-ci tağımının əməkdaşları tərəfindən səhərə yaxın aşkar ediliblər. Saxlanılarkən xanım sürücülərdən biri polisə müqavimət göstərsə də, onun barəsində müvafiq tədbirlər görülüb.

11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev avtosfer.az-a bildirib ki, ümumilikdə martın 6-dan 8-dək Bakıda 11-ci tağımın əməkdaşları tərəfindən 59 sərxoş sürücü aşkarlanıb. Onlardan 7 nəfəri qadın sürücü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol