Menu

7 ölkədən Putinə gözdağı

10.03.2015, 21:23
7 ölkədən Putinə gözdağı

NATO ölkələri Qara dənizdə genişmiqyaslı təlimlərə başlayıb

NATO üzvü olan yeddi ölkə bu gün Qara dənizdə hərbi təlimlərə başlayıb. Təlimlərdə ABŞ, Türkiyə, Rumuniya, Bolqarıstan, Kanada, Almaniya və İtaliya iştirak edir.

ANS PRESS-in məlumatına görə, Bolqarıstan Hərbi-Dəniz Donanması bildirib ki, təlimlərdə hava hücumlarından müdafiə sistemi, sualtı qayıqlar və hərbi gəmilər iştirak edir. NATO 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra müttəfiqlərini sakitləşdirmək üçün Şərqi Avropada bir neçə dəfə hərbi təlimlər keçirib.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi ötən həftə Rusiyanın cənubu, habelə Krım və Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hərbi təlimlərə başladığını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol