Menu

“Azərbaycanda siyasi stabillik risk altındadır!”- «Qlobal Risklərin Analitikası» təşkilatı

13.12.2013, 13:10
“Azərbaycanda siyasi stabillik risk altındadır!”- «Qlobal Risklərin Analitikası» təşkilatı

Böyük Britaniyada yerləşən “Qlobal Risklərin Analitikası” adlı təşkilat dünyada mövcud olan, eləcə də gözlənilən risklərlə bağlı hesabat yayıb. Vəziyyətin ən gərgin, risklərin də böyük olduğu ölkələrin siyahısı hazırlanıb.

Siyahıda öndə Əfqanıstan, Sudan və Konqo Demokratik Respublikasının adları gəlir.

Təşkilatın analitiklər eyni zamanda, sosial problemlərin güclənib siyasi qeyri-sabitliyə çevrilməsi ehtimalı böyük olan ölkələrdəki vəziyyəti də nəzərdən keçirib. Həmin ölkələr Banqladeş, Belarus, Çin, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Vyetnamdır. Bu tipli ölkələrdə demokratik azadlıqların boğulması, təhlükəsizlik qüvvələrinin zorakılığı vəziyyəti daha da mürəkkəbləşdirir.

Azərbaycandakı vəziyyət də hesabat müəlliflərinin diqqətindən kənarda qalmayıb. Onlar Azərbaycanı da risk zonasına aid ediblər.

“Siyasi azadlıqların məhdudlaşdırılması, sosial gəlirlərin kəskin azalması Bəhreyn, Azərbaycan və Cənubi Afrika Respublikasının qeyri-sabitlik riskini artırır”, - deyə sənəddə qeyd olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol