Avropa Parlamentinin deputatları qurumun Strasburqda keçirilən bugünkü sessiyasında Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətli ilə bağlı xüsusi qətnamə qəbul edib. Musavat.com xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qətnamədə BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatlar da cəlb olunmaqla qətllə bağlı qərəzsiz və obyektiv təhqiqatın aparılması zəruriliyi qeyd olunur.
Sənəddə həmçinin bildirilir ki, Nemtsovun aradan götürülməsi müasir Rusiyada ən böyük siyasi qətldir və ölkədə siyasi müxalifətə qarşı repressiya siyasətinin davam etdiyini simvolizə edir.


Şərhlər