Menu

Daha bir neft ölkəsi "qara qızıl" hasilatını xeyli azaltdı

13.03.2015, 08:18
Daha bir neft ölkəsi "qara qızıl" hasilatını xeyli azaltdı

Meksika 2015-ci ildə gündəlik neft hasilatının həcmini 2,4 mln bareldən 2,29 mln barelədək azaldıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Pemex Exploracion y Produccion” korporasiyasının baş direktoru Qustavo Ernandes bildirib.

Beləliklə, hasilatın həcmi təxminən 5 faiz azaldılıb. Qərarın neftin ucuzlaşması səbəbindən “Pemex” dövlət neft şirkətinin xərclərinin 62 mlrd peso (4,1 mlrd dollar) azaldılması ilə əlaqədar verildiyi bildirilir.

Ernandesin sözlərinə görə, yaranmış vəziyyət gündəlik neft hasilatının həcmini 2018-ci ildə 3 mln barelədək artırmaq planı 2020-ci ilə keçirilib.

Qeyd edək ki, bundan başqa, Meksika hökuməti büdcə xərclərini bu il 124,3 mlrd peso (8,3 mlrd dollar) azaltmağa qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol