Enerji sektorundan mənbələr İraq dövlətinin, ölkədəki neft sahələrini işlədən neft şirkətlərinə olan borclarının artdığını qeyd edərək, neft qiymətlərinin aşağı düşməsinin OPEC-in ikinci böyük istehsalçısı olan ölkənin gəlirlərini azaltdığına işarə edirlər.
Royal Dutch Shell, BP və Exxon Mobil kimi Qərbin enerji şirkətləri, ölkənin cənubundakı yataqlardan çıxardıqları və tapdıqları neft qarşılığında İraq rəhbərliyindən dollar ilə sabit bir xidmət haqqı alırlar. Neft qiymətlərinin keçən ilin İyun ayındakı 115 dollar səviyyəsinə nisbətən yarı yarıya azalaraq 58 dollara enməsi isə İraqın neft şirkətlərinə ödəməsi lazım olan pullar üçün iki qat neft istehsalına ehtiyac duyduğunu göstərir.
Böyük neft şirkətlərindən birində İraqda neft axtarışı layihələrindən məsul bir mənbə, "İraqlıların bir problemi var. Neft qiymətləri 50%-dən çox düşdüyü üçün şirkətlərə xidmət haqqı ödənişi qarşılığında vermələri lazım olan neftin miqdarı iki dəfə artıb. Yəni İraqın payına daha az neft düşür" deyib.
Ölkədə neft hasil edən şirkətlər isə, İraq höhümətinin xidmət haqqını tam ödəmədiyi üçün hasilatı azaltmağa başladıqları bildirilir.
Ölkənin bir hissəsini ələ keçirən IŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar da hökumətin gəlirlərini daha da azaldır.
İraqın neft naziri Adel Abdel Mehdi bu ayın əvvəlində verdiyi bəyanatda, xidmət müqavilələrinin xərclərinin altından qalxmağın çətinləşdiyini qeyd edərək, şirkətlər ilə bağlanmış müqavilələri yenidən nəzərdən keçirildiyini bildirmişdi. Nazirin verdiyi məlumata görə, İraqın beynəlxalq neft şirkətlərinə bu il 18 milyard dollar ödəməsi lazımdır. /"Marja"


Şərhlər