Menu

Putin Peterburqda görüş keçirəcək - Rəsmi açıqlama

13.03.2015, 13:26
Putin Peterburqda görüş keçirəcək - Rəsmi açıqlama

Rusiya prezidenti Vladimir Putin martın 16-da Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edəcək. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yüksək səviyyəli danışıqlarda ikitərəfli əməkdaşlığın mühüm məsələləri, əsasən ticarət-investisiya, mədəni-humanitar və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq: “Qırğızıstanın Avrasiya İttifaqına qoşulması kontekstində qarşılıqlı fəaliyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, son günlər V. Putinin mediada görünməməsi ilə əlaqədar müxtəlif şayiələr yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol