Menu

Putin oğlunun olması xəbərini təkzib etdirdi- "Yalandır..."

13.03.2015, 22:47
Putin oğlunun olması xəbərini təkzib etdirdi- "Yalandır..."

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oğlunun olması barədə bu gün Qərb KİV-lərində yayılan məlumatları təkzib edib. D.Peskov “Forbes”in müxbiri islə söhbətində bu informasiyanı “kökündən yanlış xəbər” adlandırıb:“Vladimir Putinin uşağının doğulması barədəki xəbər həqiqətə uyğun deyil. Mən pullu adamlara müraciət etməyi planlaşdırıram. Onlardan xahiş edəcəyəm ki, ən yaxşı jurnalist şayiələrindən ibarət müsabiqə keçirilməsini təşkil etsinlər”- deyə D.Peskov ironiya ilə bildirib.

Qeyd edək ki, İsveçrənin “Blick” qəzeti bu gün bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevanın ana olması, İsveçrənin Tiçino kantonundakı “Müqəddəs Anna” klinikasında oğlan uşağı dünyaya gətirməsi barədə məlumat yayıb. İsveçrə mətbuatı yazıb ki, uşağın atası Rusiya prezidenti Vladimir Putindir. Məlumata görə, “Müqəddəs Anna” klinikasını seçməyi Putinə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni məsləhət görüb.

Rusiya prezidenti Vladimir Putinin deputat Alina Kabayeva ilə birlikdə olması barədəki xəbərlər yeni deyil. Bu məlumatlar rəsmən təsdiqlənməsə də rəsmi şəkildə təkzib də edilməyib. A.Kabayevanın Moskvada inanılmaz dərəcədə güclü mühafizə altında gəzməsi, Putinin isə həyat yoldaşından rəsmən boşanması bu deyilənləri dolayısı ilə təsdiqləyən fakt kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol