Menu

Putin bu gün üzə çıxacaq

16.03.2015, 10:09
Putin bu gün üzə çıxacaq

Qırğızıstan prezidenti Almazbek Atambaev rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Sankt Peterburqa gəlib.

Atambaev martın 16-da Putinlə danışıqlar aparacaq. Tərəflərin Qırğızıstan-Rusiya əməkdaşlığı, birgə biznes layihələri, Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələlərini müzakirə edəcəyi gözlənir.

Qırğızıstanın baş naziri Joomart Otorbaev ötən həftə deyib ki, ölkəsi mayın 9-dək Moskvanın rəhbərlik etdiyi birliyin tam üzvü olmalıdır.

Bu arada Rusiya prezidentinin xəstələnməsi barədə şayiələr yayılıb. O, martın 5-dən ictimaiyyət arasında görünməyib, görüşlərini təxirə salıb.

Rusiya rəsmiləri onun səhhətinin qaydasında olduğunu dəfələrlə bildirib, ancaq uzun müddət görünməməsini şərh etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol