“Test imtahanı ilə qəbul olan 244 müəllim iş yerinə getməkdən imtina edib”. AzVision.az-ın məlumatına görə, bunu Təhsil naziri Mikayıl Cabbarov dekabrın 14-də keçirilən Azərbaycan Müəllimlərinin qurultayında deyib.
Nazir bu imtinaların daha çox rayon məktəblərinə aid olduğunu deyib:«Həmin müəllimlərə həvəsləndirmə üçün verilənlər onları qane etmir. Bu səbəbdən həmin müəllimləri həvəsləndirmək üçün daha böyük addımlar atılmalıdır».
ANS-in yazdığına görə, nazir təhsil strategiyasına uyğun olaraq yeni «Açıq Təhsil Modeli»nin yaradılacağını da söyləyib:«Müəllimlərin biliklərinə görə vakansiyaların doldurulmasında çətinlik çəkirik. Müəllim kimi işləməyən, amma savadı və biliyi olan insanları təhsil sektoruna cəlb etmək lazımdır».
Mikayıl Cabbarov müəllimlərin könüllü attestasiyadan keçiriləcəyini və buna görə müəllimlərə əlavə maaş veriləcəyini deyib.


Şərhlər