Menu

ABŞ-dan Krımla bağlı qəti və sərt mövqe

17.03.2015, 00:21
ABŞ-dan Krımla bağlı qəti və sərt mövqe

Rusiya Krımı Ukraynaya qaytarmayınca ABŞ-ın bu ölkəyə qarşı sanksiyalar qüvvəsində qalacaq. Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

“Biz bir daha təsdiqləyirik ki, Krımın işğalı davam etdikcə sanksiyalar da qüvvəsində qalacaq” – deyib Departament rəsmisi.

Az öncə Psaki söyləmişdi ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi zamanı Avropa Birliyi ölkələrinə oriyentasiya etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol