Menu

Polşa prezidenti Moskvaya getməkdən imtina etdi

17.03.2015, 00:25
Polşa prezidenti Moskvaya getməkdən imtina etdi

Polşa prezidenti Bronislav Komorovski Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvaya getməkdən imtina edib. Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı Polşa televiziyası yayıb.

"Hazırkı vəziyyətdə Polşa prezidentinin bayram tədbirlərində iştirak etməsinə imkan yoxdur", - Komorovski bəyan edib. O, bildirib ki, Ukraynadakı zorakılığın davam etməsi qəbuledilməzdir.

Qeyd edək ki, Avropa Şurasına rəhbərlik edən Polşanın eks-prezidenti Donald Tusk da Moskvaya getmık niyyətində olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol