ABŞ Senatına Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsi təqdim edilib. Qətnamənin bəndlərindən birində vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Layihənin müəllifləri - İllinoys ştatından olan senator Durbin və Konnektikut şatatından olan senator Merfi Ukrayna xalqının Avrointeqrasiya səylərinin dətəklənməsini tələb ediblər. Layihədə həmçinin, Ukryana hakimiyyətinin Avropa İttifaqı ilə müqavilə izalamaması və aksiyalarda dinc iştirakçlıara qarşı zorakılığı pislənilir.
Qətnamə layihəsinin digər bəndində deyilir ki, Ukrayna hakimiyyətinin dinc aksiya iştirakçılarına qarşı təkrar zorakılıq edəcəyi təqdirdə ABŞ Senatı və Konqres bu ölkənin rəsmi şəxslərinə qarşı fərdi qaydada sanksiyaların tətbiqi məsələsinə baxmalıdır.


Şərhlər