Kiyevdə Maydanda hakimiyyətin tərəfdaralrının aksiyasi başlayıb.55,“Ukraynanı qoruyaq” şüarı ilə keçirilən aksiyanı baş nazir Nikolay Azarov aparır. İTAR-TASS-ın məlumatına görə, aksiyada iştirak etmək üçün Donetsk, Luqansk və Dnepropetrovsk vilayətlərindən minlərə adam gəlib.
Təşkilatçıların dediyinə görə, aksiya iki gün davam edəcək.Amma aksiya təşkilatçıları aksiyanın müddətsiz olduğunu bildiriblər. Bu məqsədlə Marinskiy parkda palatkalar qurulmağa başlayıb və Maydanda aksiya iştirakçılarını qida ilə təmin etmək üçün səhra mətbəxləri gətirilib.
Aksiyada təqribən on min adamın iştirak etdiyi və aksiyaçıların əsasən ölkənin cənub və şərq bölgələrindən gətirildiyi bildirilir.
Hakimiyyət tərəfdaralarının mitinqi ilə yaxın meydanda isə müxalifətin aksiyası davam edir. Ukrayna hüquq-mühafizə orqanları iki qrup arasında qarşıdurmanın yaranmasından ehtiyat edir və bu məqsədlə Daxili qoşun iki düşərgə arasında canlı kordon çəkib.
Bu axşam hakimiyyət tərəfdarlarının aksiyasında məhşur “Okean Elza” qrupunun konserti olacaq. Müxalifət liderlərindən olan Arseni Yasenyuk deyib ki, müxalifətçilər də hakimiyyətin bu konsertində iştiraka dəvət edilib. O bildirib ki, bu konsert “regionçuların” deyil. "Oradakılar da bizim qardaş bacılarımızdir və onlar da ukraynalılardır”.
Müxalifətin digər lideri Vitali Kliçko deyib ki, təxribata yol verən şəxs onu qarşısında görməlidir.


Şərhlər