Menu

Yanukoviç iki məmuru işdən çıxartdı

14.12.2013, 20:49
Yanukoviç iki məmuru işdən çıxartdı

Növbədə Kiyev milisinin rəisi və onun müavini var

Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev Şəhər Administrasiyasının (meriya) rəhbəri Aleksandr Popovu, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Vladimir Sivkoviçi vəzifələrindən azad edib. Hər iki məmur ölkənin Baş prokurorunun ərizəsi əsasında işdən uzaqlaşdırılıb. Onların noyabrın 30-da Kiyevin «Müstəqillik» meydanında baş verən məlum olaylara aidiyyətinin olduğu və vətəndaşların konstitusion hüquqlarını pozduğu bildirilir. Qeyd edək ki, həmin gün Maydanda aksiyaçılara qarşı güj tətbiq edilmiş və bir neçə etirazçı həbs olunmuşdu.

Dünən Baş prokuror Viktor Pşonka brifinq keçirərək bəyan edib ki, 30 noyabr gejəsi həm Vladimir Sivkoviç, həm də Aleksandr Popov Kiyev milisinə Maydana güс tətbiq edilməsi üçün təzyiq göstəriblər. Brifinqdən dərhal sonra Yanukoviç hər iki məmurla bağlı qərarını verib. Prezident deyib ki, hüquq-mühafizə orqanlarına istintaqın obyektiv və şəffaf aparılması barədə göstəriş verib. Həmçinin bildirib ki, tutduğu vəzifədən asılı olmayaraq qanunsuz hərəkətlərə yol vermiş istənilən məmur işdən azad ediləсək.

Qeyd edək ki, Baş prokurorun «qara siyahısında» daha iki məmur – Kiyev milisinin rəisi Valeri Koryak və onun müavini Pyotr Fedçuk da var. Yaxın günlərdə onların da işdən azad olunaсağı istisna deyil. Viktor Pşonka bildirib ki, tezliklə adıçəkilən məmurların istintaq müddətini ev həbsində keçirmələri barədə qərar qəbul olunaсaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol