Milli Şura xalqı meydana səslədi: "Həyatımızı hakimiyyətinin talançılığından qorumalıyıq"
Bu gün saat 14:00-da Milli Şuranın təyin etdiyi qiymət artımına etiraz mitinq ibaşlayacaq. Bakı Şəhər Icra Hakimiyyəti mitinqlə bağlı Milli Şuranın müraciətinə müsbət cavab versə də, vaxtı dəyişdirib. Müraciətdə “Məhsul” stadionunda keçiriləcək mitinqin saat 16.00-da başlayıb 18.00-qədər davam edəcəyi göstərilmişdi. Meriya isə naməlum səbəblərdən aksiyanın 14.00-da başlayıb 16.00-a qədər davam edəcəyini məqsədəuyğun sayıb.
Milli Şuranın sədri Cəmil Həsənli də aksiya ilə bağlı xalqa çağırış edib. O, facebook səhifəsində bu barədə yazıb: “Sevgili millət, uca xalq!
Hər həftə, hər gün bizdən növbəti mitinqin vaxtını soraqlayırdınız. Sizin arzuladığınız mitinq təyin edildi. Milli Şuranın növbəti mitinqi dekabrın 15-i saat 14:00-da “Məhsul” stadionunda olacaq. Sizə tanış yerdir, “Inşaatçılar” metrosunun yanıdır. Hər kəsin iştirakı zəruridir.

Yadınızdadırsa, seçki debatları zamanı biz bu mənzərəni təsvir edəndə YAP yetkililəri sənəd-sübut tələb edirdi. Bu da yerli-yataqlı sübut. Bir daha aydın oldu ki, ölkəmizin əsas sərvəti olan neft məhsulları xalqımızın həyatına, rifahına, inkişafına deyil, bir ovuc oğru və dələduzun maraqlarına tabe edilib. Vətənimizdə milyonlarla insan süfrəsinə qoymağa, uşağını doyurmağa çörək tapmır, amma bunlar millətin sərvəti hesabına gecəsi 5 min - 10 min dollara dəbdəbəli hotellərdə qalırlar, çirkli neft əməliyyatlarından xalqa çatacaq milyardları mənimsəyirlər. Bu böyük mənimsəmələrin, milli sərvətlərimizin belə talan edilməsinin başında bilavasitə Ilham Əliyev özü dayanır. Onun xəbəri olmadan heç kəs bir litr nefti belə mənimsəyə bilməz. Siz indi seçkilərin total şəkildə saxtalaşdırılmasının arxasında duran korrupsiya və monopolyanın, rüşətxorluq və talançılığın mahiyyətini daha aydın anlayırsınız.
“Anonim Azərbaycan” hesabatı Azərbaycan hakimiyyətinin oğru təbiətini, onun əsl mahiyyətini açıb göstərdi. Biz qiymət artımına qarşı öz səsimizi qaldırmalıyıq, vətənimizin sərvətlərini talayanlara yox deməliyik, 9 oktyabrda seçki adı altında hakimiyyəti mənimsəyənlərə etirazımzı bildirməliyik. Azərbaycan xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Bu haqqa tapınmaq üçün ölkədə dəyişikliklər, islahatlar olmalıdır. Bu haqqa tapınmaq üçün millətimiz öz iradəsini ortaya qoymalıdır. 15 dekabr etiraz günüdür, qiymət artımına etiraz, talançılığa etiraz, ədalətsizliyə və haqsızlığa etiraz, seçki saxtakarlığına etiraz, hüquqsuzluğa etiraz!
Gələcəyindən məhrum edilmiş 100 minlərlə tələbə və gənclərimiz, layiqli güzaran haqqından məhrum edilmiş, büdcədən “dilənçi payı” alan zavallı əməkçilərimiz, aylıq pensiyası aylıq dərmanına çatmayan 10 minlərlə təqaüdçülərimiz, 15 dekabrda “Məhsula” gəlin etirazınızı bildirin. Bilirəm hava soyuqdur, amma etiraz hissi, uğrunda mübarizə apardığınız həyat haqqının səmimi ideyaları Sizi isindirəcək. Biz birlikdə bu hakimiyyətə, onun qanunsuz əməllərinə, millətin cibinə hesablanmış qiymət artımına yox deyəcəyik!".

AXCP sədri həmçinin vətəndaşları fəal olmağı çağırıb: “Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı. Əsassız qiymət artımına etiraz etmək nəinki haqqımız, hətta vəzifəmizdir. Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək. Söz millətindir!”.
“EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev azadlıq.info-ya bildirib ki,





Şərhlər