Baltik Dəniz Donanmasının 20-dən artıq gəmisi qayıq əleyhinə, havadan müdafiə və artilleriya qüvvələrinin təlimlərini keçirmək məqsədilə qəfil hərbi manevrlərə başlayıb.
Təlimlər Rusiyanın Sakit okean sahillərində və ölkənin cənubunda keçirilir. Təcili həyəcan siqnalı ilə göyə qaldırılan aviasiya Quru Qüvvələrilə birlikdə dəniz desantından müdafiə tədbirlərini öyrənəcək.
Rəsmi məlumatda Krımın şərqindəki Kerç boğazından 60 km aralıqda yerləşən Krasnodar vilayətində dəniz piyadalarının hissələri tam hazırlıq halına gətirilib.
Bölgədə müdafiə qurğularının yerləşdirildiyi bildirilir.
Müdafiə nazirliyi “şərti diversiya qrupları ilə aviasiyaya qarşı” hərbi vəzifələrinin yerinə yetirildiyini bildirir.
Bazar ertəsi döyüş qabiliyyətinin səviyyəsini yoxlamaq məqsədilə plandankənar tədbirlər Şimal Dəniz Donanmasında başlayıb.
Təlimlərdə 38 min hərbçi, 3360 ədəd hərbi texnika, 41 gəmi, 15 sualtı qayığı, 110 təyyarə və helikopter iştirak edir. Avropa İttifaqı hərbi təlimləri güc nümayişi cəhdi kimi dəyərləndirib.
Manevrlər Rusiyaya qarşı yeni sanksiyaların uzadılması və ya sərtləşdirilməsi ilə bağlı qərara təsir etmək cəhdidir, Polşanın baş naziri Ewa Kopacz deyib.
Martın 10-da Qara dənizdə NATO-nun hərbi təlimləri başlayıb. Eyni zamanda Latviyada Atlantic Resolve NATO təlimləri üçün bu ölkəyə çox sayda hərbi texnikanın gətirildiyi xəbər verilir.
Moskva sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərə etiraz edib, onları bölgə sabitliyinin pozulmasına doğru atılan addım kimi dəyərləndirib. /BBC


Şərhlər