Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın ayrı-ayrı rayonlarına xüsusi statusu verilməsini nəzərdə tutan qanunu imzalayıb. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytındakı məlumatda bildirilir.
“Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Əsas Qanununun 10-cu maddəsinə dəyişikliklər kimi nəzərdə tutulan “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli özünüidarənin xüsusi qaydası haqda” 256-VIII saylı qanunu imzalayıb” – xəbərdə deyilir.
Öncə Ali Radanın spikeri Vladimir Qroysman Donbasın özünüidarənin tətbiq ediləcəyi bəzi rayonların müəyyənləşdirilməsi haqda qərar imzalayıb.


Şərhlər