Azərbaycanın inşaat sektorunun lidərlərindən biri olan “Yeni Hayat” Şirkətlər Qrupu “RAHAT” marketlər şəbəkəsinin sahibi “ANC GROUP” MMC ilə müqavilə imzalayıb. “Yeni Hayat” Şirkətlər Qrupunun Idarə Heyətinin sədri Fərid Əsədovun “Marja”ya verdiyi məlumata görə, müqavilə Bakı şəhərində A.Cəlilov 27A ünvanında yerləşən “Park Azure” yaşayış kompleksinin birinci mərtəbəsində “RAHAT” supermarketinin açılmasını nəzərdə tutur: “Biz artıq ”RAHAT" marketlər şəbəkəsi ilə müqaviləni imzalamışıq.İIlin sonunda “Park Azure” yaşayış kompleksinin birinci mərtəbəsində 4000 m2 sahədə “RAHAT” market fəaliyyətə başlayacaqdır".

“Park Azure” yaşayış kompleksi “Yeni Həyat” Şirkətlər Qrupu tərəfindən tikilir.

Qeyd edək ki, azadlıq.info-nun məlumatına görə, kommersiya hüquqi şəxslərin reyster məlumatlarında “ANC GROUP” şirkətinin qanuni təmsilçisi kimi Turan Özbahçeci adlı şəxs göstərilib. Məlumatlarda “ANC GROUP”un 2010-cu il aprelin 22-də qeydiyyata alındığı, nizamnamə kapitalının 3 milyon 841 min manat təşkil etdiyi göstərilir.

Ancaq məlumatlara görə, “RAHAT” marketlər Prezident Administrasiyasının sabiq şöbə müdiri, hazırda İnformasiya və Texnologiyalar Nazirliyindən çalışan, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanova məxsusdur. Elnur Aslanov adı “Gülən şəbəkəsi”lə əlaqələrinə görə Prezident Administrasiyasındakı vəzifəsindən çıxarılıb. O, vaxtilə Ramiz Mehdiyevin köməkçisi olub. Hazırda “RAHAT” marketlər şəbəkəsi 12 filialdan ibarətdir.