Menu

Ukrayna TANAP layihəsinin inşasına qoşulacaq

20.03.2015, 23:24
Ukrayna TANAP layihəsinin inşasına qoşulacaq

Ukrayna şirkətləri Trans-Anadolu Qaz Kəmərinin (TANAP) layihəsinin reallaşmasında iştirak edə bilər. Musavat.com-un Ukrayna qaynaqlarına istinadən verdiyi xəbərə görə, məsələ bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayma prezidenti Pyotr Poroşenko arasında Kiyevdə keçirilən 3 saatlıq görüşün gedişində müzakirə edilib.

“Biz beynəlxalq qaz nəqli layihələrinin həyata keçirilməsində, o sırada Xəzər şelfin və Orta Asiya ölkələri qaynaqlarından təbii qazın çatdırılmasında, yeraltı qaz anbarlarının tikintisi və Ukrayna qaz anbarlarında qazın saxlanma şərtləri ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğumuzu ifadə elədik”, - deyə Ukrayna prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol