Bu gün keçmiş səhiyyə naziri, akademik Əli İnsanovun ad günüdür. 10 ilə yaxındır həbsdə olan akademikin 69 yaşı tamam olur. Bu münasibətlə bir qrup hüquqşünas Əli İnsanova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli Əli müəllim! Ad gününüz münasibəti ilə Sizi öz adımızdan, sizi sevərlər adından təbrik edir, həyatınızın bu xoş günündə yaxınlarınızla bir yerdə olmadığınıza təəssüf edirik.
Eyni zamanda, Sizə olan dərin hörmət və ehtiramımızı bildirir, göstərdiyiniz dönməz iradəyə dəstək verdiyimizi bir daha nəzərinizə çatdırmaq istəyirik. Sizin kimi tanınmış, milyonlarla insana şəfa vermək üçün tədqiqatlar aparmalı yaşında olan alimin, ölkənin siyasi həyatında aktiv siyası fəliyyətinə ehtiyac duyulan ictimai siyasi xadimin həbsdə olması birbaşa mövcud rejimin çirkin siyasətinin nəticəsidir. Ömrünüzün 69-cu ilini saxta ittihamlarla məhbəs həyatında qeyd etməniz çoxları kimi bizi də ciddi düşündürür, xeyli narahat edir. Yaxşı ki, Siz, bu qeyri-bərabər mübarizədə belə özünüzü itirmir, pozulmuş hüquqlarınız uğrunda əzmlə mübarizə aparmaqla bərabər yüksək humanistlik göstərərək ən çətin şəraitdə peşə fəaliyyətinizi də davam etdirir, ehtiyacı olan digər məhbuslara zəruri tibbi yardım göstərinsiniz. Bundan başqa, onu da xüsusi vurğulamağı vacib bilirik ki, Sizə elan edilmiş saxta ittihamları qəbul etməməklə, təkcə vaxtilə qurucusu olduğunuz indiki hakimiyyətə etiraz etmir, həm də ədalətsizliklə barışmazlıgınızı, ədalətin bərpasına əminliyinizi nümayiş etdirir və indi addımbaşı hüquqları pozulan insanların mübarizə əzminə əlavə güc, təkan verirsiniz.
Hörmətli Akademik! Bir daha doğum gününüz və Novruz bayramı münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, tezliklə azadlığa, ailənizə və digər sevdiklərinizə qovuşmağınızı, gələcək həyatınızda xoşbəxt yaşamağınızı arzu edirik.
Hörmətlə, Hüquqşunaslar:
Mətləb Mütəllimli,
Namizəd Səfərov
Qurban Məmmədov
Əlövsət Əliyev
Ataxan Əbilov
21.mart 2015."


Şərhlər