Təxminən 40 gün öncə fəaliyyəti dayandırılan "Metroservis" mətbuat yayımı firması yenidən işə başlayacaq. Firmadan qəzetlərə göndərilən elanda bildirilir ki, qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu bu firmanın xidmətlərindən yararlanmaqdır: "Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!"
Firma xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq,
həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sifarişlər qəbul edir.
Qeyd edək ki, noyabr ayının əvvəlində "Metroservis" firması metrostansiyaların tunelində qəzet-kitab satmaq imkanından məhrum edilmiş və bu firmanın iflas etməsinə səbəb olmuşdu.


Şərhlər