Menu

“AB-nin “soyqırım” sənədi kağız parçası kimi bir şey olacaq...”

28.03.2015, 13:14
“AB-nin “soyqırım” sənədi kağız parçası kimi bir şey olacaq...”

Türkiyəli nazir: “AB-nin qəbul edəcəyi “soyqırım” sənədi kağız parçası kimi bir şey olacaq...”

İtaliyada rəsmi səfərdə olan Türkiyənin Avropa Birliyi (AB) məsələləri üzrə naziri Volkan Bozkır aprelin 15-də Avroparlamentdə müzakirəsi gözlənilən qondarma soyqırım məsələsinə sərt münasibət bildirib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, nazir qəbul ediləcək qətnamənin kağız parçasından başqa bir şey olmayacağını söyləyib.

“Biz belə qərarların tarixçilər tərəfindən deyil, parlamentdə oturan siyasətçilər tərəfindən qəbul edilməsini doğru saymırıq. Mən inanıram ki, məsələnin müzakirəsi zamanı insanlar hisslərlə yox, ağılla hərəkət edəcəklər. Əks halda, qəbul edilən sənəd kağız parçasından savayı bir şey olmayacaq, yəni hər hansı gücə və təsirə malik olmayacaq ”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, martın 12-də Avropa Parlamentinin qəbul elədiyi ənənəvi “Dünyada insan haqları və demokratiya” adlı illik sənəddə AB ölkələrinə saxta soyqırımı tanımaq çağırışı yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol