Menu

BMT əməkdaşları Yəməndən təxliyə olundu

29.03.2015, 11:31

BMT logo 1Yəməndən Beynəlxalq Millətlər Təşkilatının 200-dən çox əməkdaşı təxliyə olunub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, BMT, xarici ölkələrin səfirliklərinin və digər beynəlxalq təşkilatların əməkdaşları Sana aeroportundan ölkəni tərk ediblər.

Personalın təxliyə olunduğu məkanın adı açıqlanmır.

Bundan əvvəl bildirilmişdi ki, BMT Yəməndəki heyətini təhlükəsizlik məqsədi ilə ölkədən təxliyə etməyə hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol