Məşhur biznesmen Əli Ağaoğlu, azərbaycanlı iş adamı Reza Zarrab da saxlanılıb
Türkiyənin ünlü media quruluşlarından olan “Hürriyət” əməliyyatla bağlı çox ciddi detallar əldə etdiyini bildirir. Qəzet yazır ki, dindirməni aparan 3 müstəntiq əməliyyata İstanbulub baş prokuroruna xəbər vermədən başlayıb. Çox ciddi məxfilik şəraitində keçən dindirmə haqqında Milli İstintaq Səhifəsi Sistemində (bu səhifəyə Türkiyədə aparılan bütün istintaq əməlləri haqqında informasiyalar dərhal yerləşdirilir) də heç bir bilgi yoxdur.
Ankaradakı informasiyalı qaynaqlardan əldə edilən xəbərlərdə isə baş nazir Rəcəb Tayyib Ərdoğan üç nazir oğlu da daxil olmaqla xeyli nüfuzlu şəxsin həbs edilməsi xəbərini həbslər başlanandan sonra öyrənib.
Istanbul polisinin bu dekabrın 17-də səhərə yaxın başlatdığı 3 istiqamətli korrupsiya və rüşvət əməliyyatında daha 1 iş adamı saxlanıb. Bu, "Yorum İnşaat"ın sahibi Osman Ağcadır.
***
İstanbul prokurorluğu bu dəqiqəyə qədər həbs edilənlərin siyahısını açıqlayıb. Siyahını təqdim edirik:
Əli Ağaoğlu – iş adamı
Mustafa Dəmir – Fatih Bələdiyyə başçısı
Barış Gülər – Daxili işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayan – İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz Bayraktar – Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Reza Zerrab – iş adamı
Süleyman Aslan – iş adamı
Mehmet Ali Kahraman – Ekologiya Nazirliyinin Aparat Rəhbəri
Sadiq Soylu - Ekologiya Nazirliyiin sözçüsü
Müstafa Behçet Kaynar – Ekologiya nazirinin sözçüsü
Onur Kaya - Ekologiya nazirinin sözçüsü
------------
İstanbul Cümhuriyyət Prokurorluğunun başlatdığı əməliyyat Türkiyəni şoka salıb.Türkiyə medaisının verdiyi məlumatlara görə, əməliyyatı İstanbul və Ankara təhlükəsizlik idarələrinə bağlı polis qrupları həyata keçiriblər. Səhər saatlarında 22 müxtəlif ünvana, o cümlədə Ağaoğlu şirkətlər qrupunun ofisinə basqın olub.
Aralarında Əli Ağaoğlu ilə məşhur sənətçi Ebru Gündeşin həyat yoldaşı Reza Zarrabın da olduğu bir qrup iş adamının saxlandığı bilirlir.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Ebru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb. Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil.
Məlumatlarda deyilir ki, Azərbaycanlı iş adamı Rza Zərrab saxta sənədlərlə qızıl ixracatında və şübhəli pul köçürmələrində, həmçinin saxlanılan nazir oğlanlarının vasitəsilə Türkiyə vətəndaşı olmayan şəxslərə rüşvətlə vətəndaşlıq verilməsini təmin etməkdə təqsirli bilinir.

Bunlardan başqa hər 3 nazirin yaxın ətrafından bir neçə vəzifəli də həbs edilib.
Oğlunun həbsi səbəbindən daxili işlər naziri Müəmmər Gülər Bolqarıstanın paytaxtı Sofiyaya bu günə nəzərdə tutulan işgüzar səfərini təxirə salıb.
İstanbul polisi bu dəqiqələrdə Halk Bankın Ataşehirdəki baş ofisində axtarış aparır. Musavat.com Türkiyə mənbələrinə istinadən xəbər verir ki, əməliyyat başlayandan dərhal sonra Halk Bankın səhmlərinin qiyməti sürətlə enməyə başlayıb. Bankın hər saniyə iri məbləğdə vəsait itirməsi haqda xəbərlər gəlməkdədir.
Hələlik hökumət və hakim partiya baş verənlərə münasibət bildirməyib.


Şərhlər