Menu

“Bombardmanlardan sonra radikalların sayı daha da artıb” - Bəşər Əsəd

30.03.2015, 11:06

Bashar00“İŞİD”in Suriyadakı mövqelərinin bombalanmasından sonra ölkə ərazisində radikal islamçıların sayı artmaqdadır. APA-nın “Fos News”a istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. “Bəzi məlumatlara əsasən Suriya ərazisində silahlı qrupların tərkibinə hər ay minə yaxın yeni insan qatılır”, - deyə o, söyləyib.

B. Əsəd bombardmanların yalnız lokal effekt verdiyini, anoloji situasiyanın İraq və Liviyada da müşahidə olunduğunu vurğulayıb.

Suriya dövlət başçısı ABŞ-ın onu istefaya çağırmasına da münasibət bildirib: “Bu, onların işi deyil. Bu məsələni Suriya vətəndaşları həll edə bilər. Mən o zaman istefaya gedərəm ki, ictimai dəstəyim olmasın”.

B. Əsəd ABŞ-la dialoqa hazır olduğunu da açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol