Menu

Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

30.03.2015, 15:56

surushme-zelzele-catBu gün Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 14:59:01-da Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 7 km olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol