Menu

NATO Rusiyanı öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırdı

31.03.2015, 01:32

Nato-rusiya Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb. Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə alyansın Cənubu Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu gün “Gürcüstan Atlantik Şurası” QHT-nin təşkil elədiyi online-müsahibəsində bildirib.

“Biz Gürcüstanın beynəlxalq sərhədlərdə tanınmış ərazi bütövlüyünü tanıyırıq. Rusiya öz qoşunlarını bu ölkənin ərazisindən çıxarmalıdır. Və biz Cenevrədəki danışıqlardan tutmuş, insanlar arasında təmaslaradək – məsələnin həllinə yönəlik bütün səyləri alqışlayırıq”, - deyə NATO rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol