Menu

Girov prokuror xilas edildi - 3 terrorçu öldürüldü

31.03.2015, 23:57
Girov prokuror xilas edildi - 3 terrorçu öldürüldü

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib. ANS PRESS-in məlumatına görə, "Gəzi Parkı" hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol