Menu

Girov götürülən prokuror dünyasını dəyişdi- VİDEO

01.04.2015, 01:09

87210İstanbulda Ədliyyə binasında girov götürülən prokuror adığı güllə yaralarından dünyasını dəyişib. "AzPolitika.info"nun məlumatına görə, terorçular “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın başından və sinəsindən vurublar. O baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı. Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatı Səlim Kırazı şəhid kimi təqdim edib.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

Qeyd edək ki, terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı 2 terrorçu öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol