Menu

Sadıq Sadıqova yeni vəzifə verildi

01.04.2015, 10:35
Sadıq Sadıqova yeni vəzifə verildi

Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə də aydınlıq gəlib

“Neftçi”nin prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yeni vəzifəsi müəyyənləşib. Anspress-in məlumatına görə, o, bundan sonra da klubda fəaliyyət göstərəcək.

Belə ki, Müşahidə Şurasının üzvləri sırasında yer alacaq Sadıqov həm də “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin edilib.

Eyni zamanda, Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə də aydınlıq gəlib. Sadıqov, həmçinin Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov Müşahidə Şurasına “Neftçi” İdman Klubu İctimai Birliyindən seçilib.

Digər 4 üzv - Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov və Şuraya rəhbərlik edəcək Çingiz Abdullayev isə burada “Neftçi” PFK-nı təmsil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol