Menu

Yanukoviç Moskvaya getdi

17.12.2013, 16:59
Yanukoviç Moskvaya getdi

Ukrayna prezidenti Viktor Ynukoviç işgüzar səfərlə bu gün Moskvaya gəlib. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, yaxın saatlarda onunla prezident Putin arasında danışıqlar başlayacaq.

Görüşün yekunlarına dair sanballı ikitərəfli sənədlər paketinin imzalanacağı gözlənilir. Ukrayna müxalifətinin iddiasına görə, Yanukoviç Ukraynanın Gömrük İttifaqına qoşulmasını nəzərdə tutan müqaviləni imzalayacaq.

Rusiya prezidentinin köməkçisi Andrey Belausov isə səfərdən öncə bəyan edib ki, Moskvada prezidentlər Rusiyanın Ukraynaya öz iqtisadiyyatını saxlamaq üçün kredit ayrılması barədə razılığa gələ bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol