Menu

İstanbulda AKP-nin ofisinə silahlı basqın

01.04.2015, 17:33
İstanbulda AKP-nin ofisinə silahlı basqın

Silahlı olduqları söylənən naməlum şəxslər hakim partiyanın İstanbulun Kartal rayonundakı ofisinə basqın ediblər.

Türkiyə mediası bildirir ki, az sonra binaya gələn təhlükəsizlik qüvvələri hücum edən şəxsləri həbs ediblər.

Bu hadisə girov götürülmüş prokuror və iki girovçunun təhlükəsilik qüvvələri ilə atışmada həlak olmasından bir gün sonra baş verib.

Türkiyə telekanalları çərşənbə gününün səhər proqramlarında hücum edənlərdən birinin hakim AK partiyanın ofisinin pəncərəsindən bayraq yellədiyini görüntüləyən videonu nümayiş etdirib.

Basqınçıların kimliyi barədə hələlik məlumat verilməyib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol