Menu

İctimaiyyət Anar Məmmədlinin müdafiəsinə qalxdı

17.12.2013, 19:03
İctimaiyyət Anar Məmmədlinin müdafiəsinə qalxdı

Əli Kərimli: “Anar Məmmədlidən qisas alırlar”

Dünən şərlənərək həbs olunan hüquq müdafiəçisi Anar Məmmədlinin müdafiəsi məqsədilə hazırda RATİ-də tədbir keçirilir. Tədbirdə iştirak edən ölkənin tanınmış ictima-siyasi xadimləri A.Məmmədlinin həbsinin siyasi xarakterli olduğunu vurğulayırlar. Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, vəkil Aslan İsmayılov, Hafiz Həsənli, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Müsavat başqanının müavini Gülağa Aslanlı, "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayıl, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, Milli Şuranın uzvü Gültəkin Hacıbəyli, Milli Şuranın üzvü, iqtisadçı Qubad İbadoğlu, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

AXCP sədri Əli Kərimli hesab edir ki, A.Məmmədlinin həbsində həm də beynəlxalq birliyin Əliyev rejiminin kriminal mahiyyətini görməzdən gəlməsi də rol oynayır. Ə.Kərimli bəyan edib ki, Belarusda vəziyyet heç də Azərbaycandan pis deyil, amma beynalxalq birliyin Lukaşenkoya münasibəti bizim hakimiyyətə yanaşmada ikili standart daşıyır. “Anar Məmmədli peşakardı, cinayətkar deyil, nümunəvi vətəndaşdı. Ondan qisas alırlar”, deyə Ə.Kərimli vurğuladı.

“Azadlıq radiosu”nun əməkdaçı Xədicə İsmayıl şəxsi araşdrımasına əsasən bildirib ki, A.Məmmədli ilə istintaqda heç da qanunsuz sahibkarlıqla bağlı söhbet edilmeyib. Onunla bütün söhbətlər seçki monitorinqi ilə bağlı olub.

Aslan İsmayılov A.Məmmədli ilə bağlı mitinq keçirilməsini təklif edib. A.İsmayılov eyni zamanda bezi konqresmenləri rüşvətxorluqda ittiham edib: “Onlara yalnız kürü, qaz, neft lazımdı”.

İqtisadçı Qubad İbadoğlu isə təklif etdi ki, bütün siyasi məhbusların birgə müdafiəsi üçün vaxtı ilə yaradılan Koordinasiya Şurası işə başlamalıdır.

Cəmil Həsənli bildirir ki, ölkəde sanki absurd teatrı səhnəye qoyulub. O, buna örnək kimi ölkə boyu keçirilən siyasi fəalların məhkemələrini gösterdi. C.Həsənli A.Məmmədlinin həbsini də bu konteksdə qiymətləndirdi və dedi ki, hökümət təhlükəsizlik deyəndə müxalifətin üstünə hücum çəkməyi başa düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol