Menu

Azərbaycan Çinlə yeni bank yaradır

03.04.2015, 15:50
Azərbaycan Çinlə yeni bank yaradır

Azərbaycan Çinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəkləyib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, bununla bağlı ölkənin mövqeyi Çinin martın 31-də Çinin Maliyyə Nazirliyinə bildirilib: “Azərbaycan Respublikası Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib” – deyə Nazirliyin məlumatında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol